LAÇININ QIŞ YATAQLARINA ELEKTRİK ENERJİSİ FASİLƏSİZ VERİLİR
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Alxaslı və Qarakeçdi obalarının hər birində 100 kilovatlıq, Hacılar obasında 160, “Taxta körpü” qəsəbəsində isə 250 kilovatlıq transformatorlar quraşdırılmışdır. Ərdəşəvi, Sadınlar, Mirik, Fingə, Vaqazin, Ağcakənd və Mişni obalarındakı transformatorlar təmir olunmuşdur. 35/10 kilovatlıq Mil massivi yardımçı stansiyası təmir olunub işə salınmışdır.