Laçınlı məcburi köçkün: O torpağa qayıdacağım gün uzaqda deyil
Kürdəmir, 2 oktyabr, AZƏRTAC
Otuz ildir ki, Laçınımız üçün darıxıram. Hər dəfə orada keçirdiyim günləri xatırlayanda kövrəlirdim. İndi isə sevinirəm. Sevinirəm ona görə ki, o torpağa qayıdacağım gün uzaqda deyil. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz erməni qəsbkarlarını torpaqlarımızdan qovub çıxarır.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Kürdəmir rayonunda məskunlaşan laçınlı məcburi köçkün Əliağa Həsənov söyləyib. “İmkan düşdükcə yaşayış məntəqələrimizi atəşə tutan, dinc vətəndaşlarımızın, o cümlədən uşaqların, ahılların ölümünə bais olan erməni ordusu otuz il əvvəl olduğu kimi yenə də insanlığa yaraşmayan pis üzünü göstərir.
Lakin nə dövlətimiz, nə də ordumuz ovaxtkı dövlət və ordu deyil, bunu artıq ermənilər deyil, onların havadarları da yaxşı başa düşürlər. Odur ki, erməni ordusu əzilir, döyüşçülər nəinki hərbi texnikanı, silahlarını, papaqlarını belə qoyub qaçırlar”, - deyə Əliağa Həsənov fərəhlə bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [19:08]
Ağstafada müəllimlər arasında yarış olub
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [18:30]
Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb
- 29.09.2026 [17:08]
“Səyyar Gənclər Xidməti” Salyanda
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [15:36]