MƏDƏNİYYƏT
Lahıc haqqında məqalə BMÜTT-nin "Turizm hekayələri" kitabında
Bakı, 17 sentyabr, AZƏRTAC
Xəbər verdiyimiz kimi, Kolumbiyanın Medellin şəhərində Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) Baş Assambleyasının 21-ci sessiyası keçirilir. Sessiyada təşkilat tərəfindən hazırlanmış "Turizm hekayələri" kitabının ikinci buraxılışının təqdimatı olub.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, təqdimatı BMÜTT-nin baş katibi Taleb Rifai tərəfindən edilib.
Kitab dünyanın fərqli ölkələrində turizm sahəsində çalışan 28 adamdan bəhs edir və turizmin insanların həyat səviyyəsinin yüksəlməsində, cəmiyyətin inkişafında rolunu göstərir.
Kitabda Lahıcda yaşayan müəllim Dadaş Əliyevin "Lahıcın imkanlar dili" hekayəsi də yer alıb. Hekayə Lahıc kəndində turizmin inkişafı haqqında bəhs edir və bunun kənddə yaşayan əhaliyə təsirini göstərir.
"Turizm hekayələri" kitabını aşağıdakı səhifədə yükləmək olar:
http://www.e-unwto.org/doi/book/10.18111/9789284417186