Latviya Avropa Şurası Nazirlər Komitəsində sədrliyə başlayıb
Paris, 30 may, AZƏRTAC
Avropa Şurası Nazirlər Komitəsinə sədrlik İslandiyadan Latviyaya ötürülüb.
AZƏRTAC xəbər verir ki, Latviyanın xarici işlər naziri Edqar Rinkeviç ölkəsinin Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi böyük məsuliyyət hissi ilə icra edəcəyini bildirib. Qeyd edib ki, İkinci Dünya müharibəsindən sonra Avropada insan haqları, demokratiya və qanunun aliliyini müdafiə etmək üçün yaradılmış Avropa Şurası Latviyanın müstəqilliyinin bərpasında və möhkəmləndirilməsində də mühüm rol oynayıb.
Bu gün Rusiyanın Ukraynaya təcavüzünün Avropada sülh və təhlükəsizliyə təhdid olduğunu deyən Latviya xarici işlər naziri vurğulayıb ki, ölkəsinin sədrliyinin əsas missiyası Avropa Şurasının 4-cü Zirvə görüşündə qəbul edilmiş qərarların icrasına başlamaq olacaq. İllər ərzində əldə etdiyi təcrübəsinə əsaslanaraq Avropa Şurası azadlıq mübarizəsində Ukraynaya hərtərəfli dəstək verməlidir.
Avropa Şurasının fəal üzvü olan Latviya təşkilatın siyasi rolunu, təsirini gücləndirmək üçün bütün üzv dövlətlərlə birgə işləyəcək.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:08]
Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb
- 02.10.2026 [17:48]
Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq
- 02.10.2026 [16:46]
Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb
- 02.10.2026 [16:34]
Yəməndə aclıq səviyyəsi sürətlə artır
- 02.10.2026 [15:40]
Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib
- 02.10.2026 [15:17]
Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər
- 02.10.2026 [15:15]
İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib
- 02.10.2026 [15:08]
Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib VİDEO
- 02.10.2026 [14:43]