LATVİYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB VALDİS ZATLERSƏ
Hörmətli cənab Prezident,
Milli bayramınız - Latviya Respublikasının elan edilməsi günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimi yetirirəm.
Azərbaycan-Latviya münasibətləri bu gün özünün tarixi ənənələrinə uyğun olaraq, müvəffəqiyyətlə inkişaf etməkdədir. Əminəm ki, dost ölkələrimiz arasında əməkdaşlığın hərtərəfli inkişafı, əlaqələrimizin dərinləşdirilməsi yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Latviya xalqına sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 7 noyabr 2008-ci il.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:32]
Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO
- 15.10.2026 [16:12]
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib VİDEO
- 14.10.2026 [22:02]
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO
- 14.10.2026 [21:38]