Latviyada fırtına səbəbindən 30 minə yaxın evin elektrik enerjisi kəsilib
Bakı, 29 iyul, AZƏRTAC
Latviyada fırtına nəticəsində 30 minə yaxın evin elektrik enerjisi kəsilib.
AZƏRTAC LETA agentliyinə istinadla xəbər verir ki, ölkənin mərkəzi hissəsində, o cümlədən paytaxt Riqada ağaclar elektrik dirəklərinin üzərinə düşüb. Nəticədə elektrik şəbəkələri zədələnərək sıradan çıxıb.
Riqa Şəhər Şurası sakinləri bazar ertəsi evlərini tərk etməməyə çağırıb.
Latviyada gözlənilən həddindən artıq güclü yağış və külək səbəbindən Latviyanın Ətraf Mühit, Geologiya və Meteorologiya Mərkəzi bazar və bazar ertəsi ölkənin mərkəzi hissəsi üçün ən yüksək xəbərdarlıq dərəcəsi olan iki qırmızı xəbərdarlıq elan edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [15:12]
İraq Yaxın Şərqdə müharibə səbəbindən 60 milyard dollar itirib
- 16.10.2026 [15:12]
“Porsche” 500 min avroluq yeni modelini təqdim etməyə hazırlaşır
- 16.10.2026 [14:28]
Birləşmiş Ştatların gündəlik neft hasilatı azalır
- 16.10.2026 [14:27]
ABŞ-nin neft ehtiyatları azalıb
- 16.10.2026 [13:43]
Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq
- 16.10.2026 [13:25]
Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı
- 16.10.2026 [12:38]