Leninqrad vilayətində saxta alkoqoldan zəhərlənərək ölənlərin sayı 41 nəfərə çatıb
Moskva, 3 oktyabr, AZƏRTAC
Rusiya hüquq-mühafizə orqanlarının məlumatına görə, Leninqrad vilayətində 40-dan çox insan tərkibində metil spirti olan saxta spirtli içki qəbul edərək ölüb.
AZƏRTAC xəbər verir ki, saxta spirt tərkibli məhsullardan kütləvi zəhərlənmə nəticəsində ölənlərin sayı artaraq 41 nəfərə çatıb.
Saxta alkoqol məhsulları bölgənin Slantsevsk və Volosovsk rayonlarında satılıb. Təhlükəli spirtli içkilərin istehsalı və satışı ilə bağlı başlanmış cinayət işi üzrə 14 nəfər həbs edilib.
Müstəntiqlərin fikrincə, təqsirləndirilən şəxslər Leninqrad vilayətinin Tosnensk rayonunun Trubnikov Bor qəsəbəsindəki müvəqqəti saxlama anbarından qanunsuz olaraq tərkibində metil spirti olan məhsulları alıb və bütün bölgəyə paylayıblar. Nəticədə kütləvi zəhərlənmə halları baş verib.
İstintaqın gedişinə Leninqrad vilayəti prokurorluğu nəzarət edir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [21:20]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [20:02]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [19:06]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [16:47]