LƏNKƏRAN MƏŞĞULLUQ MƏRKƏZİ 2005-Cİ İLDƏ671 NƏFƏRİ DAİMİ İŞLƏ TƏMİN ETMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, 2005-ci ildə Lənkəran Məşğulluq Mərkəzinə müraciət edən 848 işaxtaran vətəndaşdan 671 nəfəri daimi işlə təmin edilmişdir.
Ötən ildə Lənkəran şəhərində keçirilən əmək yarmarkasında 196 nəfər yeni iş yeri tapmış, mərkəz tərəfindən 64 nəfərə işsizlik statusu, 33 nəfərə isə işsizlik müavinəti verilmişdir.
Hazırda rayon məşğulluq mərkəzində 13 min 601 işaxtaran vətəndaş qeydiyyata alınmışdır.