LƏNKƏRAN ŞƏHƏR İCRA HAKİMİYYƏTİNDƏHEYDƏR ƏLİYEVİN BÜSTÜNÜN AÇILIŞI OLMUŞDUR
Bu münasibətlə keçirilən mərasimdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, deputatlar Rüfət Quliyev, Cavanşir Paşazadə, Prezidentin İcra Aparatının məsul işçisi Tağı Tağıyev, rayonun hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Rayonun rəhbər işçiləri, qonaqlar, ağsaqqallar və gənclər ümummilli liderimizin büstünün önünə əklillər və gül-çiçək dəstələri düzmüş, böyük öndərin xatirəsini ehtiramla yad etmişlər.