LƏNKƏRAN XƏBƏRLƏRİ
Smeta dəyəri 150 milyard manat olan hava limanı müasir tipli avadanlıq və texnika ilə təmin ediləcəkdir.
X X X
Lənkəran çayı üzərində salınmış və şəhəri Sütəmurdov kəndi ilə birləşdirən körpü əsaslı təmir edilmişdir.
Körpünün giriş və çıxış hissələrində avtonəqliyyatın hərəkəti üçün təhlükə yaradan ticarət köşkləri sökülmüş və onların yerində gül kolları əkilmişdir. Piyadalar üçün keçid zolağı da bərpa olunmuşdur.
X X X
Yuxarı Xanbulançay İstismar İdarəsinin inşaatçıları rayon ərazisindəki ən böyük kanalın - Girdəni kanalının əsaslı təmirinə başlamışlar. Kanalın üzərində yeni körpü salınacaqdır.
Haftoni qəsəbəsinin ərazisində 5,7 kilometrlik kollektorun əsaslı təmiri də nəzərdə tutulmuşdur.
X X X
Şəhər mərkəzi xəstəxanasında səhiyyə işçiləri Azərbaycan Prezidentinin 2005-ci il 30 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş 2005-2009-cu illəri əhatə edən “Azərbaycan gəncliyi” Dövlət Proqramının icrası ilə əlaqədar qarşıda duran vəzifələri müzakirə etmişlər.
Xəstəxananın baş həkimi Nurəddin Qurbanov, şəhər gənclər və idman idarəsinin rəisi Azad Kazımov, Yeni Azərbaycan Partiyası Lənkəran şəhər təşkilatının gənclər birliyinin sədri İlkin Rəhimov və gənc tibb işçiləri Dövlət Proqramının icrası ilə əlaqədar görülən işlərdən danışmışlar.
Rayonun iqtisadi, ictimai-siyasi, sosial və mədəni həyatında gənclərin fəallığını və təşəbbüskarlığını artırmaq üçün təkliflər irəli sürülmüşdür.