Lənkəranda 12 minə yaxın sakin koronavirus infeksiyası əleyhinə vaksinasiyadan keçib
Lənkəran, 19 mart, Bağır Əliyev, AZƏRTAC
Ölkəmizin hər yerində olduğu kimi, Lənkəran rayonunda da Nazirlər Kabinetinin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq koronavirus infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması kampaniyası uğurla davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda Lənkəran rayonunda yaşı 50-65 arası və 65-dən yuxarı olan vətəndaşların peyvəndlənməsi, həmçinin ikinci doza vaksinin vurulması prosesi aparılır.
COVID-19 pandemiyasına qarşı vaksinasiya prosesini uğurla başa çatdırmaq üçün Lənkəran Rayon Mərkəzi Xəstəxanasında lazımi şərait yaradılıb. Bu məqsədlə ayrılmış xüsusi otaqlar TƏBİB-in təlimatlarına uyğun zəruri avadanlıqla təchiz edilib.
İndiyə kimi Lənkəranda 12 minə yaxın rayon sakini koronavirus infeksiyası əleyhinə peyvənd olunub. O cümlədən 3 min nəfərə vaksinin ikinci dozası vurulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [22:22]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [21:40]
Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib
- 10.06.2026 [18:54]