Lənkəranda dövlət əmlakının mənimsənilməsi faktı ilə bağlı cinayət işi başlanıb
Bakı, 20 aprel, AZƏRTAC
Lənkəran şəhər sakini, 1932-ci il təvəllüdlü Rəvayət Miriyevanın dəfn olunma tarixinə dair saxta arayışın verilməsi barədə müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Rayon prokurorluğundan AZƏRTAC-a bildirilib ki, ilkin araşdırma zamanı Lənkəran şəhər sakini Niyaz Miriyevin 2021-ci ildə vəfat etmiş nənəsi Rəvayət Miriyevanın 6 min 674 manat məbləğində təqaüdünü özündə saxladığı bank kartı vasitəsilə çıxarmasına, bu əməlini gizlətmək üçün mərhumun dəfn olunma tarixi barədə Lənkəran bələdiyyəsi tərəfindən verilən saxta arayışdan istifadə edərək ölüm haqqında şəhadətnamə almasına əsaslı şübhələr müəyyənləşdirilib.
Fakta görə Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə), 313-cü (vəzifə saxtakarlığı) və 320.2-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda ibtidai istintaq davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [14:27]
“E-Bələdiyyə” tətbiqi istifadəyə verilib
- 06.10.2026 [12:17]
Qubada 19 kiloqram narkotik vasitə aşkarlanıb
- 06.10.2026 [12:04]
Əlilliyi olan gənclər Balaxanının tarixi məkanlarını ziyarət ediblər
- 06.10.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 06.10.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 6 oktyabr
- 06.10.2026 [11:32]