LƏNKƏRANDA “MƏRHƏMƏT FONDU” YARADILMIŞDIR
Fondun yaradılmasından məqsəd, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə, hərbi əməliyyatlarda həlak olmuş və itkin düşmüş döyüşçülərin əmək qabiliyyəti olmayan ailə üzvlərinə, hərbi əməliyyatlarda iştirak etmiş və ya döyüşlərdə aldığı xəsarətdən əlil olmuş müharibə iştirakçılarına, həqiqi hərbi xidmətdə olan əsgərlərin ailələrinə, Böyük Vətən müharibəsi iştirakçılarına, Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş şəxslərə, rayonun ərazisində məskunlaşmış qaçqın və məcburu köçkünlərə, sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşlara maddi köməklik göstərməkdir.
Rayonda şəhid ailələrinə hər ay verilən 150 min manat (30 AZN) məbləğində pul yardımı da “Mərhəmət fondu” tərəfindən ödəniləcəkdir.