Lənkəranda növbəti ağacəkmə aksiyası keçirilib
Lənkəran, 22 dekabr, İlkin Adıyev, AZƏRTAC
Lənkəranda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya Lənkəran şəhəri Heydər Əliyev Parkında təşkil olunub.
“Heydər Əliyev İli” çərçivəsində Tədbirlər Planına uyğun olaraq keçirilən aksiyada 100 ədəd meyvə ağacı əkilib.
Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, YAP fəalları, rayonun idarə və müəsissələrinin əməkdaşları iştirak ediblər.