LƏNKƏRANDA “QUŞ QRİPİ” İLƏ BAĞLI YARADILMIŞ KOMİSSİYANIN İCLASI KEÇİRİLMİŞDİR
Tədbirdə rayon baytarlıq idarəsinin, gigiyena və epidemiologiya mərkəzinin, baytarlıq laboratoriyasının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin zona şöbəsinin və ərazi icra nümayəndəlikləri rəhbərlərinin məsələ ilə bağlı məlumatları dinlənilmişdir.
Qeyd edilmişdir ki, rayonda aparılan monitorinqlər zamanı ev və vəhşi çöl quşları arasında “quş qripi” xəstəliyi müşahidə olunmasa da, bu sahədə profilaktik tədbirlər gücləndirilmiş, əhali maarifləndirilmişdir.
Şəhər icra hakimiyyətinin başçısı Süleyman Mikayılov rayona quş əti və məhsullarının gətirilməsinə, çöl quşlarının ovlanmasına və satışına qoyulmuş qadağalara nəzarətin artırılmasının, yerlərdə tibbi profilaktik tədbirlərin ardıcıl həyata keçirilməsinin vacibliyini bildirmiş, müvafiq tapşırıqlar vermişdir.