Lənkərandan qaçırılan avtomobil Masallıda tapıldı
Lənkəran, 16 aprel, Bağır Əliyev, AZƏRTAC
Lənkəran rayonunun Girdəni kənd sakininin evinin yaxınlığından ona məxsus “VAZ-2107” markalı avtomobilin oğurlanması ilə bağlı Lənkəran Rayon Polis Şöbəsinə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobili oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakinləri, əvvəllər məhkum olunmuş Rövşən İsmayılov, Tural İmanov və Ağahüseyn Hüseynzadə müəyyən edilərək saxlanılıblar.
Keçirilən axtarış zamanı onların üzərindən müxtəlif çəkilərdə narkotik vasitə olan heroin, marixuana və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.
Oğurlanan avtomobilin yeri polis əməkdaşları tərəfindən müəyyən edilib və nəqliyyat vasitəsi Masallı rayonunun Türkoba kəndində aşkarlanıb.
Faktla bağlı araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [16:26]
Naxçıvanda “Rəqəmsal Kənd Mərkəzi” layihəsinin icrasına başlanılıb
- 09.10.2026 [15:57]
Siyəzəndə ərzaq bazarında yoxlama aparılıb
- 09.10.2026 [15:53]
Səyyar Gənclər Xidməti Kürdəmir gəncləri üçün fəaliyyət göstərib
- 09.10.2026 [15:32]
Arıçı Ağadadaş Abbasov: Bu peşədə hər fəslin özünəməxsus çətinliyi var
- 09.10.2026 [14:38]
Emsa Fazliç: Xocalı əhalisinin çəkdiyi əzablar bizi çox kədərləndirir VİDEO
- 09.10.2026 [14:11]
İsraildən olan turistlər Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət ediblər
- 09.10.2026 [13:54]