LƏNKƏRANLILAR SOYQIRIMI QURBANLARININ XATİRƏSİNİ EHTİRAMLA YAD ETMİŞLƏR
Lənkəran, 31 mart (AZƏRTAC). Lənkəran şəhərindəki Azərbaycanlıların soyqırımı abidəsi önündə anma mərasimi keçirilmişdir.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, yaşlı nəslin, gənclərin və rayon ictimaiyyətinin nümayəndələri abidənin önünə gül dəstələri düzmüş, soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmişlər.
Tədbir Lənkəran şəhərindəki Heydər Əliyev İdarəçilik Universitetində davam etmişdir. Burada keçirilən növbəti məşğələ 31 mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuşdur. Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Anar İsgəndərov mövzu ilə bağlı məruzə etmişdir.
Toplantıda çıxış edənlər Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin acı nəticələrindən danışmışlar. Soyqırımın Lənkəran rayonundan da yan keçmədiyi, 1918-ci ilin mart-aprel aylarında Lənkəran qəzasında 40 kəndin yandırıldığı, ermənilərin rayonun Girdəni, Gərmətük, Mamusta, Sütəmurdov, Şıxakəran, Vilvan və Xolmili kəndlərində törətdikləri qırğınlar, kütləvi talanlar diqqətə çatdırılmışdır.
Tədbirdə ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında bu qanlı cinayətə əsl hüquqi və siyasi qiymətin verildiyi vurğulanmış, ermənilərin məkrli niyyətləri barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Prezident İlham Əliyevin fəaliyyəti yüksək qiymətləndirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.03.2026 [16:47]
MEK-də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb
- 31.03.2026 [16:23]
Milli yaddaşın qorunması: BMU-da soyqırımı hadisələri geniş təhlil edilib
- 31.03.2026 [14:22]
Xalqımıza qarşı törədilən cinayətlər heç vaxt unudulmayacaq ŞƏRH
- 31.03.2026 [14:15]
31 Mart hadisələri: Azərbaycan xalqının faciəsi və tarixi yaddaşı
- 31.03.2026 [12:35]
1918-ci il soyqırımı erməni vandalizminin qanlı izləridir – ŞƏRH
- 31.03.2026 [12:05]