LƏNKƏRANLILAR XOCALI FACİƏSİ QURBANLARININ XATİRƏSİNİ EHTİRAMLA YAD ETMİŞLƏR
Lənkəran, 26 fevral (AZƏRTAC). Lənkəran şəhərindəki “Azərbaycanlıların soyqırımı” abidə-kompleksinin önündə Xocalı faciəsinin 17-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.
Lənkəran şəhər İcra hakimiyyətinin başçısı Süleyman Mikayılov, rayonun rəhbər işçiləri, yaşlı nəslin və gənclərin nümayəndələri, idarə, müəssisə və təşkilatların, ictimaiyyətin təmsilçiləri abidənin önünə gül dəstələri düzərək faciə qurbanlarının xatirəsini ehtiramla yad etmişlər. Burada şəhidlərin ruhuna dualar oxunmuşdur.
Həmin gün Lənkəran Özəl Türk Liseyində Xocalı soyqırımı ilə bağlı cənub bölgəsinin şagirdləri arasında keçirilən inşa, şeir və rəsm müsabiqəsinə yekun vurulmuşdur.
Şəhər İcra hakimiyyəti, rayon təhsil şöbəsi və Türk liseyinin birgə keçirdiyi müsabiqədə bölgənin 100-dən artıq məktəblisi iştirak etmişdir.
Münsiflər heyətinin qərarı ilə müsabiqənin 15 qalibi müəyyən edilmiş və onlara diplomlar, xatirə hədiyyələri təqdim edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]
Azərbaycan ədəbiyyatı və publisistikasında Xocalı soyqırımı mövzusu
Bu saata olan əsas xəbərlər
- [12:00]
Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub
- 04.06.2026 [23:35]
“Liverpul” yeni baş məşqçisini açıqlayıb
- 04.06.2026 [23:06]
Azərbaycan parataekvondoçuları Romada iki medal qazanıblar
- 04.06.2026 [22:40]
Tovuz rayonu Cəlilli kəndi içməli su ilə təmin olunub
- 04.06.2026 [22:21]
Türkiyə İslam bankçılığı sahəsində ilk beşliyə daxil olmağı hədəfləyir
- 04.06.2026 [22:00]