LEONİD KUÇMA JURNALİSTLƏRİ ŞAYİƏLƏRƏ İNANMAMAĞA ÇAĞIRIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Ukraynanın dövlət başçısı Leonid Kuçma jurnalistləri onun bu ilin payızında prezidentliyə namizədliyini irəli sürəcəyi barədə şayiələrə inanmamağa çağırmışdır. O, Ukraynada Polşa ilinin rəsmən açılması ilə əlaqədar Kiyevdə olan Polşa Prezidenti Aleksandr Kvasnevski ilə keçirdiyi mətbuat konfransında demişdir: ”müxalifət əhalidə inam yaratmağa çalışır ki, guya mənim seçkilərdə qalib gəlməyə imkanım yoxdur”. Eyni zamanda, onun öz namizədliyini irəli sürüb-sürməyəcəyi barədə suala cavab verərək, Kuçma mətbuatı izləməyi məsləhət görmüşdür.
Xatırladaq ki, L.Kuçma ali dövlət vəzifəsinə namizədliyini irəli sürməyəcəyini bundan əvvəl dəfələrlə qəti şəkildə bəyan etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]