LERİKDƏ MEŞƏ YANĞINININ QARŞISI ALINMIŞDIR
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Lerik rayonunun rəhbərliyi ilə birlikdə Talış dağlarında meşə yanğınının qarşısını almışlar. Nazirlikdən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, çox da şiddətli olmayan yanğın yüksək dağlıq ərazidəki 10-12 hektar sahədə baş vermiş, lakin vaxtında tədbirlər görülməsi nəticəsində yalnız xəzəl yanmış, ağaclara isə ziyan dəyməmişdir. İlkin araşdırmalara görə, hadisə ehtiyatsızlıq üzündən baş vermişdir.
Mətbuat xidmətindən onu da bildirmişlər ki, quraqlıq üzündən meşə yanğınları təhlükəsi artmaqdadır. Ona görə nazirliyin müxtəlif qurumlarında operativ növbətçilik təşkil olunmuş, yanğın təhlükəsi olan ərazilərdə meşələrin kənarında minerallaşdırılmış odadavamlı zolaqlar genişləndirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]