Leriklilər 20 Yanvar şəhidlərinin xatirəsini böyük ehtiramla yad etmişlər
Lerik, 20 yanvar (AZƏRTAC). Azərbaycan xalqının tarixinə qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrinin iyirmi üçüncü ildönümü ilə əlaqədar Lerik rayonunda bir sıra tədbirlər keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, faciə ilə bağlı rayonun bütün idarə, müəssisə və təşkilatlarında, ərazi icra nümayəndəliklərində anma mərasimləri, konfranslar, “dəyirmi masa”lar, ədəbi-bədii gecələr, müxtəlif müsabiqələr və idman yarışları, yanvarın 18-də rayonun tədris müəssisələrində Qanlı Yanvar faciəsinə həsr olunmuş xüsusi dərslər keçirilmiş, rayon tarix-diyarşünaslıq muzeyində 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən fotostend hazırlanmış və bu qanlı hadisələrə həsr olunmuş qəzet, jurnal və kitabların sərgisi təşkil edilmişdir.
Ümumxalq Hüzn Günü ilə əlaqədar rayonun rəhbər işçiləri, ictimaiyyətinin, ağsaqqalların, ziyalıların nümayəndələri, şəhər əhalisi “Şəhidlər” abidə-kompleksinin önünə əklillər və gül dəstələri düzmüş, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsini ehtiramla yad etmişlər.
Mərasimdə 20 Yanvar faciəsi ilə bağlı ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]