REGİONLAR
Ləzgi Dram Teatrı Sumqayıtda “Hekayəti-xırs-quldurbasan” komediyasını təqdim edib








Qusar, 8 dekabr, Elxan Yusifli, AZƏRTAC
Qusar Dövlət Ləzgi Dram Teatrı “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyi münasibətilə mövsümün yeddinci qastrol səfərinə çıxıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kollektiv Sumqayıtda görkəmli dramaturq Mirzə Fətəli Axundzadənin “Hekayəti-xırs-quldurbasan” komediyasını teatrsevərlərə təqdim edib.
Tamaşanın quruluşçu rejissoru Ağalar İdrisoğlu, quruluşçu rəssamı Marina Mahmudova, musiqi tərtibatçısı isə Şaik Qardaşovdur.
Səhnə əsəri sumqayıtlı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.