Lisenziyaların verilməsində yeni qaydalar tətbiq olunacaqdır
Bakı, 20 sentyabr (AZƏRTAC). Azərbaycanda turizmlə bağlı yeni qanun qəbul olunduqdan sonra lisenziyaların verilməsində yeni qaydalar tətbiq ediləcəkdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində demişdir.
Nazir qeyd etmişdir ki, artıq “Turizm haqqında” yeni qanun layihəsi tamamlanmaq üzrədir və beynəlxalq təşkilatlar layihəyə rəy vermişlər.
Ə. Qarayev demişdir: “Biz onun üzərində artıq geniş layihə proqramı formalaşdırmışıq. Yəni, qanunvericilik çərçivəsində normativ-hüquqi bazanı təkmilləşdirmişik. Artıq beynəlxalq təcrübəyə əsaslanan bir sənəd qəbul olunacaqdır. Düşünürəm ki, bunun nəticəsində lisenziyanın verilmə qaydalarına, orada olan şərtlərə dəyişiklik ediləcək, o cümlədən turizm müəssisələrində, otellərdə daha çox mütəxəssislərin işləməsinə xüsusi əhəmiyyət veriləcəkdir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
- 28.09.2026 [21:15]
Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
- 28.09.2026 [20:14]