LİTVA POLİSİ NATO HƏRBÇİLƏRİNİ SƏRXOŞLUĞA GÖRƏ CƏZALANDIRACAQ
Litva Polis Departamentinin müşaviri Algirdas Stonçaytis jurnalistlərlə söhbətində demişdir: “Əgər NATO hərbçiləri spirtli içki içib, həm özləri, həm də ətrafdakılar üçün təhlükə törətsələr, polis onlara qarşı dərhal lazımi tədbir görəcəkdir”. O vurğulamışdır ki, NATO hərbçiləri ictimai yerlərdə sərxoş halda görünsələr, onların barəsində inzibati pozuntular haqqında protokollar tərtib ediləcəkdir. Onları hərbi polis cəzalandıracaqdır.
Polis Departamentinin məlumatına görə, son bir ayda NATO-nun beş belçikalı və danimarkalı hərbi qulluqçusu döyülmüş və qarət olunmuşdur. Bu vəziyyət güc strukturları nümayəndələrinin xüsusi olaraq keçirilən müşavirəsində müzakirə edilmişdir. Müşavirə iştirakçıları belə qənaətə gəlmişlər ki, Şyaulyay polisi əcnəbi hərbçilərin xoşagəlməz əməllərinə göz yumur. Belə ki, “sərxoş hərbçilərin kafedə və küçələrdə özlərini ədəbsiz apardıqları, lakin bu zaman heç bir cəza almadıqları” barədə anonim məlumatlar gəlir.
Bundan sonra müttəfiqlərin komandanlığı da nizam-intizamı möhkəmləndirmişdir. Şyaulyayda xidmət edən əcnəbi hərbçilərə şəhərdə tək gəzməmək və yaşayış yerinə ertədən qayıtmaq tapşırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [14:48]
Türkiyədə məktəbdə baş verən silahlı insidentlə bağlı yayım qadağan olunub
- 22.09.2026 [14:14]
Avropada dizelin bahalaşması Macarıstanda da qiymətlərə təzyiqi artırır
- 22.09.2026 [12:52]
Liviyada qanunsuz silahlı dəstə neft kəmərini ələ keçirib
- 22.09.2026 [12:26]
Prezident Tokayev Qazaxıstan Xalq Şurasının tərkibini təsdiq edib
- 22.09.2026 [12:25]
Gürcüstan və Türkiyə liderləri Nyu-Yorkda görüşüblər
DİN müsabiqə elan edir
- [14:26]
Bəzi yerlərdə duman olacaq
- [12:33]
Bu saata olan əsas xəbərlər
- [12:00]