LİVAN İQTİSADİYYATINA 3,5 MİLYARD DOLLAR MƏBLƏĞİNDƏ ZİYAN DƏYMİŞDİR
Ölkə Prezidenti Emil Lahud vətəndaşlara televiziya ilə müraciətində İsrail ordusunun məğlubedilməzliyi haqqında əfsanəni puç etmiş müqavimət hərəkatının döyüşçülərinə və “Hizbullah” təşkilatının lideri Həsən Nəsrullaya təşəkkür etmişdir. Lahud ümidvar olduğunu bildirmişdir ki, qardaş ölkələr Livanın bərpasında Beyruta kömək göstərəcəklər.
Hələlik isə Livan həlak olanları dəfn etməkdədir. Avqustun 18-də ölkənin cənubunda 250 nəfər dəfn olunmuşdur. Onların arasında İsrail hərbi hava qüvvələrinin Kana şəhərində yaşayış binasına zərbə endirməsi nəticəsində həlak olan 28 nəfər də var. Ümumən, silahlı münaqişə nəticəsində 1100 nəfərdən çox livanlı həlak olmuşdur ki, onların da əksəriyyəti dinc sakinlərdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [22:43]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
- 15.10.2026 [22:24]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [20:48]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]