Livanda külli miqdarda narkotik həbin qaçaqmalçılığının qarşısı alınıb
Qahirə, 2 iyul, AZƏRTAC
Livana göndərilməsi planlaşdırılan 5 milyondan çox amfetamin tərkibli narkotik həbin qaçaqmalçılıq cəhdinin qarşısı alınıb.
AZƏRTAC “əl-Arabiyyə” telekanalına istinadla xəbər verir ki, narkotik vasitə bir konteynerdə şüşə və çini qabların içərisində adı gizli saxlanan bir ölkədən Livana aparılırmış.
Qeyd olunur ki, əməliyyat narkotik qaçaqmalçılığı ilə məşğul olan cinayətkar şəbəkələrin fəaliyyətini öncədən izləmək məqsədilə aparılan təhlükəsizlik tədbirləri çərçivəsində Səudiyyə Ərəbistanının Narkotiklərlə Mübarizə Baş İdarəsi ilə Livan Respublikasının Gömrükdə Narkotiklərlə Mübarizə Şöbəsi arasında əməkdaşlıq nəticəsində baş tutub.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:10]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]