SİYASƏT
Lixtenşteynin Baş naziri: Bütün Avropa COP29-da təmsil olunur
Bakı, 13 noyabr, AZƏRTAC
COP29-un plenar iclasında çıxış edən Lixtenşteyn Knyazlığının Baş naziri Daniel Riş hazırkı iqlim sammitinin Bakıda təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib, burada çoxlu sayda dövlətlərin və iştirakçıların təmsil olunduğunu qeyd edib.
AZƏRTAC xəbər verir ki, hökumət başçısı çıxışında Azərbaycan Prezidentinin COP29 Liderlər Sammitinin açılış mərasimindəki çıxışına istinad edərək, bütün Avropa dövlətlərinin Bakıya öz nümayəndə heyətlərini göndərdiyini vurğulayıb. “Bütün Avropa burada təmsil olunur və bu, iqlim dəyişikliyi mövzusuna çox diqqət yetirildiyinin sübutudur”, -deyə o qeyd edib.
Baş nazir dövlətinin BMT-nin iqlim proqramlarında maliyyə iştirakına sadiqliyini ifadə edib.