Azərbaycan Dövlət İnformasiya Agentliyi

Londonda “Azərbaycan Günü” keçirilmişdir
Azərbaycanın tarixinə, iqtisadi uğurlarına, mədəniyyətinə dair təqdimatlar maraqla qarşılanmışdır

London, 20 noyabr (AZƏRTAC). Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Londondakı baş qərargahında Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin, AYİB-in təşkilatçılığı, ölkəmizin Böyük Britaniyadakı səfirliyinin, Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə “Azərbaycan Günü” keçirilmişdir.

Tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyinin, Böyük Britaniyanın dövlət qurumlarının, AYİB-in, Londonda fəaliyyət göstərən diplomatik korpusun və biznes strukturlarının nümayəndələri, eləcə də Azərbaycandan olan iş adamları iştirak etmişlər.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, “Azərbaycan Günü” ölkəmizə dair video çarxın nümayiş olunması ilə başlanmışdır.

Tədbirdə çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev iştirakçıları salamlayaraq, tədbirin məqsədinin Azərbaycanın bu günü, sosial-iqtisadi inkişafı, mədəniyyəti və tarixi barədə məlumat vermək olduğunu vurğulamışdır. Qeyd edilmişdir ki, 22 il əvvəl müstəqilliyini bərpa etmiş Azərbaycan qısa müddətdə dinamik iqtisadi inkişafa nail olmuş, bütün sahələrdə köklü islahatlar apararaq bazar iqtisadiyyatına keçidi başa çatdırmış, böyük transmilli layihələrin təşəbbüskarı və aparıcı iştirakçısı olmuş, kosmosa öz peykini çıxarmış, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilmişdir. Dünyada nüfuzu davamlı olaraq artan Azərbaycan bu gün BMT Təhlükəsizlik Şurasının üzvüdür. Davos İqtisadi Forumunun, Krans Montana, mədəniyyətlərarası, humanitar forumların, Avroviziya müsabiqəsinin və digər əhəmiyyətli tədbirlərin keçirildiyi məkandır. 2015-cü ildə isə Azərbaycan birinci Avropa Oyunlarına ev sahibliyi edəcəkdir. Beynəlxalq təşkilatların, siyasi dairələrin, transmilli şirkətlərin, sərmayədarların ölkəmizə marağı artmaqda davam edir.

Nazir Şahin Mustafayev Azərbaycanın siyasi cəhətdən sabit ölkə olduğunu, milli və dini tolerantlığı ilə seçildiyini, ölkəmizin siyasi kataklizmlərdən uzaq olduğunu, milli azlıqlara, əcnəbilərə, müxtəlif konfessiyalara qarşı ayrı-seçkilik göstərilmədiyini, onların hüquqlarının etibarlı şəkildə qorunduğunu qeyd etmişdir.

Azərbaycanda makroiqtisadi sabitliyin təmin edildiyini diqqətə çatdıran Şahin Mustafayev son 10 ildə ÜDM-in 3,4 dəfə, dövlət büdcəsinin gəlirlərinin 19 dəfə, xarici ticarət dövriyyəsinin təqribən 9 dəfə artdığını vurğulamışdır. Bildirilmişdir ki, yoxsulluğun səviyyəsi son 10 ildə 8 dəfə azalaraq 5,5 faizə enmişdir. Hazırda Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 70 faizdən çoxunu təşkil edir. İqtisadiyyatın şaxələndirilməsi siyasəti davam etdirilir. Xarici dövlət borcu ÜDM-in 8,3 faizini təşkil edir və strateji valyuta ehtiyatları dövlətin xarici borcundan 10 dəfəyədək çoxdur. Təsadüfi deyildir ki, Dünya İqtisadi Forumunun “Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2013-2014” hesabatına əsasən, Azərbaycan 148 ölkə arasında 39-cu yerə yüksəlmişdir və ardıcıl olaraq 5 ildir ki, MDB ölkələri arasında liderliyini qoruyur. Nüfuzlu beynəlxalq reytinq agentlikləri “Standart & Poor's”, “Fitch Ratings” və “Moody’s” dünya iqtisadi və maliyyə böhranı illərində Azərbaycanın suveren reytinqlərini yüksəldərək investisiya səviyyəsində dəyərləndirmişdir.

Azərbaycanda əlverişli biznes və investisiya mühiti yaradıldığını diqqətə çatdıran Şahin Mustafayev qeyd etmişdir ki, investorların hüquq və mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və xarici sahibkarlara bərabər şərait yaradılması nəticəsində iqtisadiyyata 156 milyard dollar investisiya qoyulmuşdur ki, bunun da təqribən yarısı xarici investisiyalardır.

Azərbaycanda iqtisadi siyasətin prioritet istiqamətlərindən biri də sahibkarlığın inkişafıdır. Bu haqda danışan nazir demişdir ki, biznes mühitinin davamlı inkişafı məqsədi ilə inzibati prosedurlar sadələşdirilmiş, şəffaf mexanizmlər tətbiq olunmuş, “elektron hökumət”in tətbiqi üçün zəruri tədbirlər görülmüşdür. Bu gün ÜDM-də özəl sektorun payı 80 faizi ötmüş, geniş sahibkar təbəqəsi formalaşmışdır. Nəticədə “Doing Business 2009” hesabatında Azərbaycan biznes mühitinin yaxşılaşdırılması sahəsində ən islahatçı ölkə elan edilmiş, hesabatda davamlı olaraq öz mövqelərini qorumuşdur. Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaşdır. Ölkəmizin təşəbbüskarı olduğu transmilli layihələr Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri vasitəsilə Xəzər dənizinin enerji resursları region ölkələrinə və Avropaya nəql edilir. Transanadolu və Transadriatik qaz kəmərləri isə enerji əməkdaşlığını genişləndirərək Azərbaycanı Avropanın böyük təbii qaz təchizatçılarından birinə çevirəcəkdir.

Ş.Mustafayev daha sonra demişdir: Azərbaycan regionda əlverişli mövqeyə malik olan mühüm tranzit mərkəzidir və bu da ölkənin cəlbediciliyini daha da artırır. Son 10 ildə ölkəmizdə 6 beynəlxalq hava limanı istifadəyə verilmiş, TRASEKA və Şimal-Cənub dəhlizləri çərçivəsində magistral yollar yenidən qurulmuş, gəmiqayırma zavodu işə salınmışdır. Ölkənin tranzit imkanlarının reallaşdırılması istiqamətində həyata keçirilən layihələr hazırda da davam etdirilir. Beynəlxalq Dəniz Ticarət Limanının və Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi Azərbaycanı Avrasiya nəqliyyat dəhlizlərinin mühüm əhəmiyyətli halqasına çevirəcəkdir.

Bütün bunlarla yanaşı, Azərbaycan yüksək ixtisaslı mütəxəssislərə, zəngin mədəniyyətə, musiqiyə, mətbəxə, qonaqpərvərlik ənənələrinə, gözəl təbiətə malikdir.

Nazir Şahin Mustafayev Azərbaycanın əldə etdiyi nailiyyətlərlə kifayətlənmədiyini, ölkəmizin inkişafının davamlılığının təmin edilməsini nəzərdə tutan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında qarşıdakı illər üçün hədəflərin müəyyənləşdirildiyini diqqətə çatdırmışdır. Belə ki, 2020-ci il üçün neft amilindən asılılıq minimuma endiriləcək, qeyri-neft sektorunun inkişafı hesabına ÜDM 2 dəfə artacaqdır. Bu hədəflərə nail olunması ölkəmizin qüdrətinin daha da artmasını, beynəlxalq arenada mövqeyinin möhkəmlənməsini və əhalinin rifahının daha da yaxşılaşmasını təmin edəcəkdir.

Ş.Mustafayev vurğulamışdır ki, neft-qaz ölkəsi kimi tanınan Azərbaycanda qeyri-neft sektorunun inkişafına da xüsusi önəm verilir. Ölkənin xarici valyuta ehtiyatları 48 milyard manatı keçmiş, bununla da iqtisadiyyatın neft-qaz sektorundan asılılığının qarşısı alınmışdır. Ötən 10 ildə Azərbaycan iqtisadiyyatının çoxşaxəli inkişafına yönəlmiş islahatları nəticəsində qeyri-neft sektorunda 2,7 dəfə real artım əldə edilmişdir. 2003-2012-ci illərdə Azərbaycanda qeyri-neft sektorunda artım dünyada ən yüksək göstəricilərdən biri hesab olunur. Bundan əlavə, son 10 ildə Azərbaycanda yaradılmış 1 milyon 200 mindən artıq yeni iş yerinin 90 faizdən çoxu qeyri-neft sektorunun payına düşür.

Ş.Mustafayev Britaniya və Azərbaycan arasındakı iqtisadi əlaqələrin inkişafından da bəhs etmişdir. Bildirilmişdir ki, Azərbaycanda 500-ə yaxın Britaniya şirkəti fəaliyyət göstərir. İnvestisiyaların həcmi 15 milyard ABŞ dollarını ötmüşdür.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov ölkə təqdimatı ilə, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev “Azərbaycanda antikorrupsiya siyasətinin inkişafı” mövzusunda çıxış etmişlər. Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) icraçı direktoru Rövşən Nəcəf qurum tərəfindən həyata keçirilən layihələrdən, “Holcim-Azərbaycan” ASC-nin baş direktoru Rossen Papazov, “Bakı Gəmiqayırma Zavodu” MMC-in baş meneceri David Loh, “CNIM Azərbaycan” MMC-nin idarə heyətinin üzvü Stefano Kosta, AYİB-in Bakı ofisinin rəhbəri Nil Makkeyn təmsil etdikləri qurumların Azərbaycandakı fəaliyyətindən danışmışlar.

AYİB prezidenti Suma Çakrabarti Azərbaycanın qazandığı nailiyyətləri, xüsusilə son 10 ildə əldə etdiyi uğurları, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində görülən işləri yüksək qiymətləndirmiş, AYİB qərargahında “Azərbaycan Gün”ünün keçirilməsinin əməkdaşlığın genişləndirilməsində əhəmiyyətini qeyd etmişdir.

Nazir Şahin Mustafayev “Azərbaycan Günü”nün keçirilməsinə göstərdiyi dəstəyə görə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə, Avropa Azərbaycan Cəmiyyətinə və AYİB-in rəhbərliyinə təşəkkür etmişdir.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Sonra tədbir iştirakçıları AYİB-in baş qərargahının foyesində Azərbaycan məhsulları ilə tanış olmuş, onlara kulinariya nümunələri və milli musiqimiz təqdim edilmiş, ölkəmizin tarixi, mədəniyyəti və iqtisadi potensialı barədə məlumatları özündə əks etdirən materiallar paylanmışdır.

Tədbir çərçivəsində iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev AYİB prezidenti Suma Çakrabarti və bankın Türkiyə, Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə icraçı direktoru Olivye Dekam ilə görüşmüş, bankla ölkəmiz arasında əlaqələrin daha da genişləndirilməsi perspektivləri müzakirə edilmişdir.

Orxan İsmayılov

AZƏRTAC-ın xüsusi müxbiri

London

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ADPU “QS dünya universitetləri reytinq”ində 1201–1400-cü yerlər aralığında qərarlaşıb

Nazir müavini: Türkiyə beynəlxalq bazarlarda 12 dövlət sukuku emissiyasını uğurla həyata keçirib

Kimya İnstitutunda yeni katalitik sistem üzrə tədqiqat aparılıb

Ekspert: Müəllimlərin tədris prosesinə vahid geyim formasında cəlb olunmasının müsbət təsirləri çoxdur

Rafael Qrossi İran və ABŞ arasında memorandumun imzalanmasını alqışlayıb

Avropa İttifaqında qeyri-qanuni miqrantlarla bağlı yeni qaydalar təsdiqlənib

Nazir: Sukuklardan yalnız müsəlman ölkələri deyil, qeyri-müsəlman dövlətlər də geniş istifadə edir

Hadi Əl-Yami: Dövlətlər süni intellekt üzrə milli fəaliyyət planları hazırlamağa təşviq edilməlidir

Ağasəlim Mircavadov: Azərbaycan klublarının avrokuboklardakı rəqiblərini zəif hesab etmək olmaz

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Astanada ölkəmizin səfirliyini ziyarət edib

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 2018-ci il 23 fevral tarixli 20/01-002 nömrəli Qərarı ilə təsdiq edilmiş “Texnoloji nəqliyyаt vаsitələrinin və siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər mехаniki nəqliyyаt vаsitələrinin (qоşqulаrının), dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması ilə bağlı kargüzarlıq işinin təşkili, qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsulların hazırlanması, sərfi, saxlanılması və onlara nəzarətin təmin olunmasına dair Təlimat”da dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin QƏRARI

Ceff Bezos: Süni intellekt kadr çatışmazlığına səbəb olacaq

Prezident İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul edib

Qərb bölgəsinin ədəbi irsi və Azərbaycan dili - elmi konfrans

Litva hökuməti iyunun 23-də istefa verəcək

BNF-nin beynəlxalq seminarlarında Azərbaycanın nəqliyyat və aviasiya sahələrindəki təcrübəsindən danışılıb

Malayziya Mərkəzi Bankı: Hazırda qlobal dövriyyədə olan sukukların həcmi 1 trilyon dolları ötür

Xamis Seyranov: Kadr hazırlığı və texnoloji yenilənmə metrologiyanın gələcəyini formalaşdırır

Sabah Azərbaycanda havanın temperaturu 38 dərəcəyədək yüksələcək

Özbəkistan üçün tarixi məqam

UNEC dünyanın ən yaxşı 634-cü universitetidir

Milli Kitabxanada İnsan Hüquqları Gününə həsr olunmuş sərgilər açılıb

Beş ayda ölkədə istehsal edilən tikinti materiallarının həcmi açıqlanıb

İşğal dövründə Azərbaycan ərazilərində qəbiristanlıqlar vandalizmə məruz qalıb

Azərbaycanda avtomobil yanacağı satışından əldə olunan gəlirlər 5 faizdən çox artıb

Tarlalardan 443 min tondan çox tərəvəz yığılıb

Xəzərin sahilində əfsanəyə çevrilən dağ VİDEO

Xəzərin sahilində əfsanəyə çevrilən dağ VİDEO

Şotlandiyalı peşəkar boksçu faciəvi şəkildə vəfat edib

Qəbul imtahanında 400 bal toplayan abituriyent: Dərslərimə hər zaman ciddi yanaşmışam

Amina Buayaş: Süni intellektin nəzarətsiz istifadəsi fundamental hüquqları təhlükə altına salır

Fransa hökuməti yüksəkvəzifəli məmurlar üçün məcburi narkotik testləri tətbiq edəcək

Elbrus İsayev: Qərbi Azərbaycan minilliklər boyunca formalaşmış tariximizin, mədəniyyətimizin və mənəvi köklərimizin ayrılmaz hissəsidir

Nigerin paytaxtında hava limanı ərazisində partlayış və atışma səsləri eşidilib

Mark Rütte: NATO ABŞ-nin alyansda iştirakını azaldacağını nəzərə almalıdır

XVII əsrin yadigarı: İçərişəhərin Yeraltı hamamı VİDEO

XVII əsrin yadigarı: İçərişəhərin Yeraltı hamamı VİDEO

Almaniyanın iki hərbi gəmisi Qırmızı dənizə daxil olub

İƏT Komissiyasının direktoru: Süni intellektə yalnız risk mənbəyi kimi baxmaq olmaz

Moskvaya dron hücumları nəticəsində aeroportların işində problemlər yaranıb

Bu saata olan əsas xəbərlər

Əl-Casir: Azərbaycanın yenidənqurma və inkişaf səylərinə sadiqliyimizi bir daha təsdiqləyirik

AzMİU ilə Məhkəmə Ekspertizası Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan simfonik musiqisinin banilərindən biri – Cövdət Hacıyev

Sabah respublika üzrə pensiyalar tam ödənilərək yekunlaşdırılacaq

Hadi Əl-Yami Azərbaycanın rəqəmsal transformasiya sahəsində nailiyyətlərini yüksək qiymətləndirib

Təcrübə-Sənaye Zavodu Yerli Şirkətlərin Tanıtım Sərgisində təmsil olunur

“Şəms” tərcümə şirkəti: Yeni texnologiyaların tətbiqi zamanın tələbidir VİDEO

“Şəms” tərcümə şirkəti: Yeni texnologiyaların tətbiqi zamanın tələbidir VİDEO

Bu ilin beş ayında əlilliyi olan 6700 şəxsə 281 min reabilitasiya vasitəsi verilib

Musa Qasımlı: Azərbaycan təhlükəsizlik və insan hüquqları sahəsində nümunə göstərir

Əli Əhmədov: Təhsil, elm və səhiyyə sahələrində Azərbaycan-Rusiya əməkdaşlığı məzmunu və dinamik inkişafı ilə fərqlənir

III ixtisas qrupunda ən yüksək nəticəni göstərən Zeynəb Quliyeva: Hüquqşünas olmağı planlaşdırıram

İkinci rübdə neft daşınmalarının 4,8 faiz azalması gözlənilir

Elm və təhsil naziri: Qərbi Azərbaycan mövzusu artıq strateji fəaliyyət istiqamətinə çevrilib

Konstitusiya Məhkəməsinin sədri: Gələcəyin hüquq sistemi insan mərkəzli inkişaf konsepsiyası üzərində qurulmalıdır

Beş ayda külək elektrik stansiyalarından istehsal 67 dəfəyə yaxın artıb

Fərhad Abdullayev: Süni intellekt məhkəmə sistemində böyük imkanlar yaradır

Bu il qlobal neft tələbatının gündəlik 103,2 milyon barelə enəcəyi gözlənilir

Əli Əhmədov: Parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi qanunvericilik fəaliyyətinin səmərəliliyinin artırılmasına kömək edir

Konstitusiya Məhkəməsinin sədri: Süni intellekt hüquqi dövlət prinsipləri kontekstində qiymətləndirilməlidir

Azərbaycanın neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 28 faiz artıb

BDU QS reytinqində 565-ci yerə yüksəlib

Bu ilin 5 ayında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda 6,3 faiz artım qeydə alınıb

Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Pakistan daha 485 nəfər əfqan məhbusu azad edib

AQTA: Ölkəmizdə təkdırnaqlı heyvanlar arasında epizootoloji vəziyyət sabitdir

Azərbaycan Ombudsmanı süni intellektin insan hüquqlarına təsirini araşdırır

Səlahiyyətli nümayəndə: Festival-konqres Qərbi Azərbaycanın zəngin irsinin yaşadılmasına və təbliğinə mühüm töhfə verəcək

Rusiya Federasiya Şurası sədrinin birinci müavini humanitar əlaqələrin ikitərəfli əməkdaşlığın inkişafında xüsusi rolunu vurğulayıb

Laçında işəgötürənlər və işçilər əməyin mühafizəsi barədə məlumatlandırılıblar

Xalq artisti: Missiyamız zəngin musiqi ənənələrimizi gənclərə öyrətmək və yaşatmaqdır VİDEO

Xalq artisti: Missiyamız zəngin musiqi ənənələrimizi gənclərə öyrətmək və yaşatmaqdır VİDEO

Ronaldu dünya və Avropa çempionatlarında 10 oyundur qol vura bilmir

ADNSU QS dünya universitetləri reytinqində irəliləyərək 711-ci yerə yüksəlib

Ötən ay qeyri-OPEC+ üzrə neft tədarükü sutkada 58,5 milyon barelə çatıb

DİN: Axtarışda olan 148 nəfər saxlanılıb

Ombudsman: Azərbaycanda süni intellektin tətbiqi insan hüquqlarına əsaslanan prinsiplər üzərində qurulur

® Mərkəzi Gömrük Hospitalının transplantoloqu “Tərəqqi” medalı ilə təltif olunub

Andrey Yatskin: Rusiya və Azərbaycan liderləri ikitərəfli əməkdaşlığın strateji vektorunu müəyyənləşdirirlər

Azərbaycandan nəql olunan qazın 54 faizi Bakı-Tbilisi-Ərzurum kəmərinin payına düşüb

Quş qripi Avstraliyada dəniz fili balalarının 76 faizinin ölümünə səbəb olub

Akustik kriminalistikanın elmi problemlərinə dair tədqiqat aparılır

Prezident İlham Əliyevin Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciəti strateji baxışın konseptual təqdimatıdır - ŞƏRH

Bakı–Tbilisi–Ceyhan kəməri ilə daşınan neftin həcmi açıqlanıb

Mayda qlobal neft tədarükü gündəlik 94,47 milyon barelədək geriləyib

Andrey Yatskin: Rusiya-Azərbaycan parlamentlərarası əməkdaşlığı müntəzəm və sistemli əsasda inkişaf edir

Yardımlıda 6500 ədəd xaş-xaş kolu məhv edilib

Formula 1: “Maklaren” FIA-nın qərarından apellyasiya şikayəti verib

II ixtisas qrupu üzrə ən yüksək nəticəni göstərən abituriyent: ADA Universitetində təhsil almaq istəyirəm

Bakıda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

Prezident: Azərbaycan texnoloji tərəqqinin insan amilinə xidmət etməsini dövlət siyasətinin əsas prinsiplərindən biri kimi qəbul edir

Ülvi İsgəndərov: Bakı klublarından təkliflər var idi, amma “Araz-Naxçıvan” mənim üçün doğmalaşıb - MÜSAHİBƏ

Əli Əhmədov: Parlamentlərarası Komissiya Azərbaycan-Rusiya dialoqunun inkişafında mühüm platformadır

Yaponiyada dağlarda köməksiz qalan xarici turistlərin sayı rekord həddə çatıb

Çində daşqınlarla əlaqədar 40 minə yaxın sakin təxliyə olunub

Bakıda Azərbaycan-Rusiya parlamentlərarası əməkdaşlıq Komissiyasının 24-cü iclası keçirilir VİDEO

Bakıda Azərbaycan-Rusiya parlamentlərarası əməkdaşlıq Komissiyasının 24-cü iclası keçirilir VİDEO

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Qazaxıstana işgüzar səfər edib

“Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər” mövzusunda keçirilən Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına

AzMİU dünyanın ən yaxşı 1000 universiteti sırasında yer alıb

Qaxda 1 tondan artıq çətənə kolu məhv edilib

Ombudsmanların Beynəlxalq Bakı Sammiti süni intellekt dövrünün çağırışlarını gündəmə gətirib YENİLƏNİB VİDEO

Ombudsmanların Beynəlxalq Bakı Sammiti süni intellekt dövrünün çağırışlarını gündəmə gətirib YENİLƏNİB VİDEO

Azərbaycanın çimərlik güləşçiləri Dünya Seriyasının III mərhələsində iştirak edəcəklər

Kürmük çayında sel təhlükəsi - Qaxda sel daşqınlarına qarşı tədbirlər gücləndirilib VİDEO

Kürmük çayında sel təhlükəsi - Qaxda sel daşqınlarına qarşı tədbirlər gücləndirilib VİDEO