LONDONDA KEÇİRİLMİŞ BEYNƏLXALQ KONFRANSDA UŞAQ ÖLÜMÜNÜN AZALDILMASINA DAİR BƏYANNAMƏ QƏBUL EDİLMİŞDİR
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, şahzadə Annanın fəxri qonaq olduğu konfransda Dünya Səhiyyə Təşkilatının regional direktoru, YUNİSEF-in Avropa üzrə baş direktoru, hər iki təşkilatın “Belacio Lanset uşaqların xilası - 2015” birgə proqramına qoşulmuş 100-dən çox ölkənin və qeyri-hökumət təşkilatının nümayəndələri iştirak etmişlər. Konfransda 2015-ci ilədək uşaq ölümünün iki dəfə azaldılmasına dair tədbirlər nəzərdən keçirilmiş, fikir mübadiləsi olmuşdur.
Azərbaycan nümayəndə heyətinin başçısı konfrans zamanı beynəlxalq təşkilatların rəhbərləri ilə danışıqlar aparmışdır.