LONDONDA “MDB-NİN NEFT VƏ QAZ–2004 SAMMİTİ” AÇILMIŞDIR
Şirkətin nümayəndələrinin sözlərinə görə, sammit “Xəzəryanı regionda, Qafqazda və Mərkəzi Asiyada sürətlə inkişaf etməkdə olan neft və qaz bazarlarında artıq işləyən, yaxud buraya gəlmək istəyən şirkətlərə regionların hər biri barədə aydın təsəvvür əldə etmək imkanı verəcəkdir”.
Azərbaycanın yanacaq və energetika naziri Məcid Kərimov sammitdə xüsusi qonaq kimi iştirak edəcəkdir. Bu il ilk dəfə olaraq, forumun bütün problemlərinə dair “dəyirmi masa” keçiriləcək, MDB-nin neft-qaz sektorunda toplanmış bilik və iş təcrübəsi mübadiləsi aparılacaqdır.
Sammitin martın 31-də və aprelin 1-də keçiriləcək ümumi iclasları aşağıdakı mövzulara həsr olunacaqdır: MDB ölkələrində neft-qaz sahəsinin maliyyələşdirilməsi; innovasiya texnologiyaları, neft-qaz sənayesinin işinin və idarə olunmasının informatikləşdirilməsi və avtomatlaşdırılması; Rusiyadan, MDB-nin digər ölkələrindən neft və qaz ixracının imkanları və perspektivləri; neft və qaz biznesinə münasibətdə dövlət siyasəti.
Sammitdə “Statoyl-Azərbaycan” şirkətinin nümayəndələri də çıxış edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:02]
Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur
- 30.09.2026 [18:11]
® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı
- 30.09.2026 [18:04]
Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar
- 30.09.2026 [17:46]