Los-Ancelesdə evsizlər üçün qəsəbə salınıb
Bakı, 29 mart, AZƏRTAC
ABŞ-ın Los-Anceles şəhərinin Şimali Hollivud bölgəsində Amerika Televiziya Akademiyasının yerləşdiyi ərazidə evsizlər üçün qəsəbə salınıb.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, qəsəbə ərazisində sahəsi 6 kvadratmetr olan 39 yığma ev tikilib. Bu cür qəsəbə və kəndlərin salınmasında məqsəd evsizliklə mübarizə aparmaqdır.
Amerikanın “Palet Shelter” şirkəti tərəfindən verilən modul konstruksiyalar bir və ya iki sakin üçün nəzərdə tutulub. İçəridə yataqlardan, əşyaların saxlanılması üçün rəflərdən və havalandırma avadanlığından başqa heç nə yoxdur.
Qəsəbənin dizayn və tikinti işləri rekord müddətə - 13 həftəyə başa gəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]