Luis Hemilton Formula1-in yeddiqat çempionu olub
Bakı, 15 noyabr, AZƏRTAC
“Mercedes”in britaniyalı pilotu Luis Hemilton Türkiyə Qran-Prisinin yekunları üzrə Formula 1-in yeddiqat çempionu olub.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Hemilton bazar günü “İstanbul Park” trasında qalib gələrək Formula 1 pilotlarının 2020-ci il mövsümünün təsnifatında ilk pilləyə yüksəlib. O, 58 dövrəni 1 saat 42 dəqiqə 19,313 saniyəyə başa vurub. Həmin trasda ikinci yeri meksikalı Serxio Peres (“Reysinq Poynt”; +31,633 saniyə), üçüncü yeri isə almaniyalı Sebastyan Fettel (“Ferrari”; +31,960 saniyə) tutub.
Dörd il ard-arda dünya çempionu tituluna yiyələnən Luis Hemilton titulların rekord miqdarına görə almaniyalı Mixael Şumaxerlə bərabərləşib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:53]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
- 30.09.2026 [19:34]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [18:20]
Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub
- 30.09.2026 [17:59]
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib
- 30.09.2026 [17:29]
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar
- 30.09.2026 [17:23]
Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək
- 30.09.2026 [17:00]