LÜKSEMBURQDA AVROPA BİRLİYİ ÖLKƏLƏRİ DAXİLİ İŞLƏR VƏ ƏDLİYYƏ NAZİRLƏRİNİN TOPLANTISI KEÇİRİLİR
Nazirlər Şurasının Niderlandın sədrliyi və himayəsi altında keçirdiyi məsləhətləşmələr və məşvərət toplantısında Birlik məkanında vahid siyasi idarəçilik, ədliyyə sisteminin əsas istiqamətləri və legitim prinsipləri barədə müzakirələr diqqət mərkəzindədir.
Toplantının keçirildiyi qərargahdan verilən məlumatlara görə, nazirlər iki gün davam edəcək müzakirə və məsləhətləşmələr nəticəsində konkret olaraq AB məkanında qaçqın, köçkün problemləri, ailə, vərəsəlik və əmlak hüquqlarının tənzimlənməsi, Birlik daxilində terrorizmə qarşı mübarizə sahəsində ölkələrarası müştərək əməliyyat proqramlarına, immiqrasiya qaydalarını sərtləşdirmək məqsədi ilə diqital fotoşəkilli, barmaq izləri əks olunmuş yeni növ viza və pasportların işə salınmasına dair layihələr hazırlayacaq və Avropa Birliyinin noyabrın 4-5-də keçiriləcək zirvə toplantısının müzakirəsinə təqdim edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [14:40]
Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı həbs edilib
- 06.10.2026 [13:50]
BMT: Təxminən 3,4 milyard insan mənzil böhranı ilə üzləşir
- 06.10.2026 [13:19]
Fransa yüksək faizlərin təzyiqi altındadır
- 06.10.2026 [13:17]
Kral Çarlz Endryunun polisə qarşı hüquqi mübarizəsini maliyyələşdirməyəcək
- 06.10.2026 [13:09]