Lüksemburqda koronavirus qurbanlarının sayı 616-ya çatıb
Lüksemburq, 17 fevral, AZƏRTAC
Lüksemburqda COVID-19 pandemiyasının qurbanlarının sayı 616-ya çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Lüksemburq Səhiyyə Nazirliyi məlumat verib.
Bildirilib ki, ölkədə qüvvədə olan sanitar vəziyyət martın 14-dək davam edəcək. Son sutkada koronavirusdan 4 ölüm faktı qeydə alınıb. Gün ərzində aparılan 12 min testdən 267-si pozitiv olub. Yoluxma sayının tədricən artdığı qeyd edilir. Pandemiya başlayandan ölkədə 53 min 329 yoluxma qeydə alınıb. Xəstəxanalarda 73 koronavirus xəstəsindən 17-si ağır vəziyyətdə reanimasiya şöbəsində intensiv müalicə alır.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Lüksemburq
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [21:56]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [18:20]
Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir
- 05.06.2026 [17:40]