Macarıstan nəşri Ermənistanın Azərbaycan ilə sərhəddə provokasiyası barədə yazır
Budapeşt, 14 iyul, AZƏRTAC
İngilisdilli populyar “Daily News Hungary” nəşrində AZƏRTAC-ın xüsusi müxbirinin Ermənistan silahlı qüvvələrinin iki ölkənin sərhədində Azərbaycana qarşı sonuncu provokasiyası barədə xəbəri dərc edilib.
AZƏRTAC xəbər verir ki, məlumatda Azərbaycanın Tovuz rayonundakı mövqelərinin erməni artilleriyası tərəfindən atəşə tutulduğu bildirilir. Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin Təhlükəsizlik Şurasının dünənki iclasındakı çıxışından sitatlar, həmçinin Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin şərhləri misal gətirilir.
Materialla yanaşı dərc edilmiş artilleriya mərmilərinin qəlpələrinin, dağılan evlərin fotoşəkilləri əyani şəkildə sübut edir ki, Ermənistanın silahlı qüvvələri məhz mülki obyektləri və dinc əhalini hədəf seçirlər. Ermənistan rəhbərliyi isə bunu həyasızcasına inkar etməyə çalışır.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:01]
Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir
- 06.10.2026 [11:40]
Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]