MACARISTANDAKI HƏMVƏTƏNLƏRİMİZ DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜNÜ QEYD ETDİLƏR
AZƏRTAC-ın Budapeştdəki xüsusi müxbiri xəbər verir ki, ölkəmizin Macarıstandakı səfirliyi Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə mərasim təşkil etmişdir. Qəbulda Macarıstanda yaşayan həmvətənlərimiz, habelə Türkiyə səfirliyinin, nüfuzlu yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Yığıncaq iştirakçıları Prezident İlham Ələyevin Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə soydaşlarımıza müraciətinin mətnini böyük maraqla dinləyərək bildirmişlər ki, bu işi dövlət siyasəti səviyyəsinə qaldıran ümummilli liderimiz Heydər Əliyevin azərbaycanlıların birliyi naminə çox işlər görmüşdür. Sevindirici haldır ki, hazırda bu siyasəti Heydər Əliyev strateji xəttinin layiqli davamçısı Prezident İlham Əliyev uğurla həyata keçirir.
Macarıstanda yaşayan azərbaycanlılar onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə səmimi minnətdarlıqlarını bildirərək, xüsusi vurğulamışlar ki, bu ölkəyə gəldikləri uzun müddətdən bəri ilk dəfədir birləşməyin böyük əhəmiyyətini və vacibliyini anlamış, tarixi Vətənə bağlılıqlarını hiss etmişlər. “Azərbaycanlıların yaşadıqları yerdə Azərbaycan da yaşayır” mövzusu görüşün aparıcı ideyasını təşkil etmişdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]