Madaqaskar Prezidenti ölkədəki iğtişaşlardan sonra "yoxa çıxıb"
Bakı, 13 oktyabr, Nərgiz Cəfərli, AZƏRTAC
Madaqaskar Prezidenti Andri Radzuelina bir həftədən çoxdur ictimaiyyət qarşısına çıxmayıb və onun hazırkı yeri naməlum olaraq qalır.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə Hind okeanında yerləşən ada dövlətinin təhlükəsizlik naziri Mandimbini Ayna Randriambelo bildirib.
Radzuelinanın günün sonunda xalqa müraciət edəcəyi gözlənilirdi.
Ölkədə vəziyyət gərgin olaraq qalır. Bunun səbəbi prezidentin istefasını tələb edən etirazçıların tərəfinə keçən nüfuzlu hərbi bölmələrdən birinin hərbi kompleksi nəzarətə götürməsidir. Bu hadisə, böhranın dövlət çevrilişinə çevriləcəyi ilə bağlı narahatlıqları artırıb.
Fransanın RFI radiosunun məlumatına görə A. Radzuelina ölkədən Fransa Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə çıxarılaraq əvvəlcə Mavrikiyə, daha sonra isə Dubaya aparıldığı ehtimal olunur. Rəsmi Paris isə bu məlumatları təkzib edib və hər hansı müdaxilənin olmadığını bildirib.
“Paris nə müdaxilə edib, nə də etməyi planlaşdırır. Biz Madaqaskarın suverenliyinə tam hörmətlə yanaşırıq”, – deyə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [19:35]
Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
- 07.06.2026 [15:01]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]