“Magistr” xüsusi buraxılışının 1-ci nömrəsi nəşr edilib
Bakı, 15 dekabr, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) “Magistr” xüsusi buraxılışının 1 ci nömrəsini nəşr edib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, jurnalda Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul qaydaları, xarici dillər, informatika və məntiqi təfəkkürün yoxlanması üzrə qəbul imtahanı proqramları, həmçinin ali təhsil müəssisələrinin magistraturalarına 2025-ci ilin qəbul imtahanında istifadə olunmuş test tapşırığı nümunələri və onların izahları Azərbaycan və rus dillərində dərc edilib.
Jurnalı DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytında və “Wolt” tətbiqində sifariş etmək mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [18:52]
Bakı Dövlət Universiteti “ADEX 2026”da təmsil olunur
- 30.09.2026 [18:37]
Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub
- 30.09.2026 [17:34]
Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub
- 30.09.2026 [17:25]