MAGİTRAL YOLLARDAKI QƏZALARIN SAYI 12,9 FAİZ ARTMIŞDIR
2003-cü ildə Azərbaycanda yol-nəqliyyat hadisələrinin 36,2 faizi avtomagistral yollarda baş vermişdir.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə 2002-ci illə müqayisədə qəzaların sayı 12,9 faiz, yaralananların sayı 13 faiz, həlak olanların sayı isə 32,9 faiz artmışdır. Xatırladaq ki, son illər ölkəmizidə avtomobillərin də sayı xeyli çoxalmışdır.