Malayziyada dünyanın ən hündür tropik ağacı tapılıb
Bakı, 13 iyun, AZƏRTAC
Dünyada elmə məlum olan ən hündür tropik ağac Malayziya meşələrində aşkar edilib. Onun hündürlüyü 89,5 metrdir.
AZƏRTAC ecoportal.ru saytına istinadla xəbər verir ki, Kembric Universitetinin mütəxəssisləri nəhəng ağacı Malayziya tropik meşələrinin az öyrənilmiş sahəsində uçuş zamanı aşkar ediblər. Şoreya növünə aid olan yarpaqlı sarı meranti (Shorea faguetiana) ağacı əsasən Cənub-Şərqi Asiyada yayılıb. Adətən bu növdən olan ağacların hündürlüyü 45 metrə çatır.
Ağacın hündürlüyünü təyin etmək elə də asan olmayıb. Yerli alpinist ağaca çıxsa da, qartal və arılar ona mane olduğundan keyfiyyətli fotoşəkillər çəkə bilməyib. Bununla belə, alimlər ağacın dəqiq hündürlüyünü ölçə biliblər. Ancaq tapılan ağac dünyanın ən hündür ağacı deyil. Mütləq rekord ABŞ-da bitən sekvoya ağacına (115,2 metr) məxsusdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [17:37]
Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ
- 07.08.2026 [16:39]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 07.08.2026 [15:48]
Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb
- 07.08.2026 [12:54]
Sabah Azərbaycanda havanın temperaturu 39 dərəcəyədək yüksələcək
- 06.08.2026 [14:27]
Azərbaycanda zubrların sayı 89-a çatıb
- 06.08.2026 [12:41]
Sabahın hava proqnozu açıqlanıb
- 06.08.2026 [10:07]