Malena Mard: Azərbaycanın regionları da çox gözəldir
Şəki, 5 noyabr, Mustafa Dadaşov, AZƏRTACAvropa İttifaqının Bakıdakı nümayəndəliyinin rəhbəri xanım Malena Mard Şəkidə jurnalistlərə müsahibəsində deyib ki, Azərbaycanın təkcə paytaxtı deyil, regionları da çox gözəldir.
Azərbaycandakı diplomatik nümayəndəliklərin rəhbərləri üçün ölkəmizin şimal-qərb regionuna təşkil edilmiş infoturda iştirak edən M.Mard səfər çərçivəsində Şəkinin tarixi məkanları ilə tanışlıqdan məmnun qaldığını söyləyib. O, ekskursiyanın Azərbaycanın regionları ilə daha yaxından tanışlıq baxımından önəmini qeyd edib. Diplomat deyib: “Təbii ki, Azərbaycan barədə tam və dolğun məlumat almaq üçün yalnız paytaxt Bakını deyil, ölkənin bütün regionlarını tanımaq lazımdır. İlk dəfədir Şəkidəyəm. Bura çox gözəldir. Sadəcə, bu gözəlliyi görmək və duymaq lazımdır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:54]
Cəlilabadda qədim yaşayış məskəni tapılıb
- 29.09.2026 [19:08]
Ağstafada müəllimlər arasında yarış olub VİDEO
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [18:30]
Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb
- 29.09.2026 [17:08]
“Səyyar Gənclər Xidməti” Salyanda
- 29.09.2026 [16:31]