Azərbaycan Dövlət İnformasiya Agentliyi

Malik Həsənov: Azərbaycan tarixi Zəfəri ilə bölgəyə sülh, sabitlik, təhlükəsizlik gətirib

Malik Həsənov: Azərbaycan tarixi Zəfəri ilə bölgəyə sülh, sabitlik, təhlükəsizlik gətirib

Bakı, 15 noyabr, AZƏRTAC

Türkdilli Ölkələrin Dövlət Başçıları Şurası Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifi ilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Türk Dünyasının Ali Ordeni” ilə təltif olunması haqqında Qərar qəbul etdi. Bu Qərar dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpasına, türk birliyinə mühüm töhfə verməsinə və bölgədə davamlı sülhün, sabitliyin əldə olunmasına yol açan tarixi Qələbəmizə əsaslanır. Mükafat bir daha Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının sarsılmazlığını nümayiş etdirdi. Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündəki çıxışında mükafatın böyük şərəf, eyni zamanda, məsuliyyət olduğunu önə çəkərək bu məqamı da xüsusi qeyd etdi ki, onun sevincini ikiqat edən bu Ali Ordenin Türk Şurasına üzv ölkələrin imzası və Prezident Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə verilməsidir. Dövlətimizin başçısının qeyd olunan çıxışı həm Azərbaycan-Türkiyə dostluğuna, həm türk dünyasının birliyinə, həm də 44 gündə 30 illik işğala son qoyan Zəfərimizə bir baxış oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə “Türk Dünyasının Ali Ordeni”ni təqdim edərkən bildirdi ki, 30 il davam edən işğala 44 gündə son qoyulması təkcə azərbaycanlılar deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşıyır. İllərdir tətbiq olunmayan BMT Təhlükəsizlik Şurasının qətnamələri Vətən müharibəsi nəticəsində yerinə yetirildi. Azərbaycan bununla beynəlxalq ictimaiyyətin yaddaşına ədalət mesajını həkk etdi. Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi türk dünyasının birliyini və bərabərliyini möhkəmləndirir. Bu reallığı özündə əks etdirən fikirlərin fonunda Azərbaycanın tarixi Zəfərinin bu günümüz və gələcəyimiz üçün əhəmiyyəti daha aydın görünür. Bir sözlə, təsdiqlənir ki, Prezident İlham Əliyev türk dünyasında uzaqgörən, məqsədyönlü, prinsipial Lider kimi şöhrət qazanıb.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov ifadə edib.

M.Həsənov dövlətimizin başçısı İlham Əliyevin hələ 2009-cu ildə Türkdilli Ölkələrin Dövlət Başçılarının Naxçıvan Zirvə Görüşündə səsləndirdiyi “Vaxtilə Azərbaycanın tarixi torpağı, əzəli torpağı Zəngəzur bölgəsini Azərbaycandan ayırıb Ermənistana birləşdirilməsi demək olar ki, böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Yəni türk dünyasının vahid bir ailə kimi, vahid bir qüvvə kimi fəaliyyəti on illiklər ərzində dayandırılmışdır” fikrini xatırladaraq qeyd edib ki, bu gün böyük fəxrlə, qürur hissi ilə türk dünyasının birlik arzusunun reallığa çevrilməsində Prezident İlham Əliyevin xidmətlərindən, töhfələrindən bəhs edirik. Hazırda Zəngəzur dəhlizinin yaradılması təkcə iqtisadi deyil, həm də böyük siyasi əhəmiyyət daşıyan hadisədir. Türkdilli dövlətlər arasında coğrafi bağlılıq bərpa edilir. Prezident İlham Əliyev daim bəyan edir ki, gücümüz birliyimizdədir. Hər bir ölkənin problemi digərinin problemi kimi qəbul olunmalı, həlli istiqamətində birgə səylər göstərilməli, addımlar atılmalıdır.

“Tarixi Zəfərimizin yaratdığı reallıqlar birliyimizi daha da möhkəmləndirəcək”, - söyləyən deputat vurğulayıb ki, dövlətimizin başçısı İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, bu gün türk dövlətləri arasındakı birlikdən danışarkən gələcəyə baxırıq. Çünki birgə gələcəyimiz üçün çox möhkəm zəmin, təməl var. Bu, ortaq köklərimiz, dilimiz, dinimiz və maraqlarımızdır.

Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik etdiyi 2019-2021-ci illərdə türkdilli dövlətlər və xalqlar arasında dostluğun, qardaşlığın və əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində göstərdiyi səylərdən, əldə olunan müsbət nəticələrdən geniş bəhs edən M.Həsənov diqqəti dünyanı cənginə almış koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin gücləndirildiyi bir zamanda Prezident İlham Əliyevin qlobal problemin həlli üçün birgə addımların atılmasına böyük ehtiyacın olduğunu bildirərək əvvəlcə türk aləminin, sonra ümumilikdə bütün dünyanın bir araya gəlməsinə xidmət edən təşəbbüslərinə yönəldib. O deyib: “Prezident İlham Əliyevin təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının COVID-19-a həsr olunan Zirvə Görüşü keçirildi. Belə addımlar təsdiqləyir ki, Türk Şurası dostluq və qardaşlıq təməlləri əsasında qurulub. Azərbaycanın təşkilata sədrliyi qardaş Türkiyəyə təhvil verməsi bundan sonra türk dünyasının birliyinə xidmət edəcək addımlar barədə aydın təsəvvür yaradır”.

Deputat Zirvə Görüşündə səsləndirilən fikirlər əsasında bu ümumiləşdirməni aparıb ki, Azərbaycan tarixi Zəfəri ilə bölgəyə sülh, sabitlik, təhlükəsizlik gətirib. Öz işğalçılıq siyasətinə görə məğlub vəziyyətdə olan Ermənistan gec-tez anlayacaq ki, heç bir ölkəyə ərazi iddiası onlara xeyir gətirməyəcək. Yaxın gələcəkdə Ermənistan həm Türkiyəyə, həm Azərbaycana qarşı ərazi iddialarına son qoymalıdır, əks təqdirdə, onlar daha da pis duruma düşə bilərlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

General-mayor Abbasəli Novruzovun dəfn mərasimi Hərbi Memorial Məzarlıqda keçiriləcək

Macarıstanda Böyük Hun-Türk Qurultayı keçirilib

Sentyabrda Böyük Britaniyada növbəti isti hava dalğası proqnozlaşdırılır

Azərbaycan Premyer Liqası: “Zirə” ilk turda “Şəfa”nı məğlub edib

İmişlidə şin partlayıb, usta xəsarət alıb

Azərbaycan güləşçisi dünya çempionatının finalına yüksəlib

Kuşner Trampın sülh planını müzakirə etmək üçün Qahirədədir

"Neftçi" yeni mövsümə inamlı qələbə ilə start verib

Azərbaycan badmintonçuları Bakıda keçirilən beynəlxalq turniri 4 medalla başa vurublar

Almaniyada meşə yanğınları baş verən bəzi bölgələrdə vəziyyət sabitləşir

Bədii gimnastika üzrə dünya çempionatının bayrağı Azərbaycana təqdim olunub

Bu saata olan əsas xəbərlər

"Sabah" və "Qarabağ"ın oyunları avrokuboklara görə təxirə salınıb

Rumıniyanın Maramureş regionu ilə Xankəndi, Ağdərə və Xocalı rayonları arasında iqtisadi əlaqələrin genişlənməsi nəzərdən keçirilir

Türk dünyasının arxeoloqları arxeoloji irsin vahid rəqəmsal bazasının yaradılması barədə razılığa gəliblər

İsrailin Qəzzadakı müharibə xərcləri 142 milyard dollara çatıb

İranın Qeşm Beynəlxalq Hava Limanında aviareyslərin bərpa olunması planlaşdırılır

Şirvan kanalından kişi meyiti tapılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Polşada 17-ci əsrə aid kilsə yanıb

Türkiyədə meşə yanğınlarını törətməkdə şübhəli bilinən 40-dan çox şəxs saxlanılıb

Ukrayna Müdafiə Nazirliyi Moskva bölgəsində “Wildberries” logistika mərkəzinə hava zərbəsi endirdiyini təsdiqləyib

Türkiyənin TPAO dövlət şirkətinə yeni neft yataqlarının kəşfiyyatı üçün icazə verilib

Türkiyədə yerli ürək-ağciyər aparatının seriya istehsalına başlanılacaq

"Neftçi" yerli basketbolçu transfer edib

Ukrayna ordusu Rusiyada raket sistemləri istehsal edən zavoda hava zərbələri endirib

Beyləqanda suvarma kanalında batan şəxsin meyiti tapılıb

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib VİDEO

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib VİDEO

"Qarabağ” Zubirlə yollarını ayırıb

Manqal və fişəng xəbərdarlığı çaşqınlıq yaratdı: Britaniyalılara göndərilən SMS-lər niyə müzakirələrə səbəb oldu?

Müdafiə Nazirliyinin rəhbərliyi istefada olan general-mayor Abbasəli Novruzovun vəfatı ilə əlaqədar başsağlığı verib

Həftənin ilk iş günündə hava necə olacaq?

Rusiyanın hava hücumu zamanı Kiyevin ən böyük kitab bazarı məhv edilib - AZƏRTAC-ın hadisə yerindən REPORTAJI VİDEO

Rusiyanın hava hücumu zamanı Kiyevin ən böyük kitab bazarı məhv edilib - AZƏRTAC-ın hadisə yerindən REPORTAJI VİDEO

Britaniyada su qıtlığı zamanı tariflərin artırılması nəzərdə tutulur

İsrail Müdafiə Qüvvələri “Hizbullah”ın yüksəkrütbəli komandirlərindən birinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

Rahil Məmmədov: Azərbaycan ilə İsveç arasında əlaqələrin möhkəmləndirilməsi fəaliyyətimin əsasını təşkil edir MÜSAHİBƏ

Böyük Britaniyaya keçməyə çalışan 140-a yaxın miqrant xilas edilib

Macarıstanda yol qəzasında 12 nəfər ölüb

İran və Oman Hörmüz boğazı üçün gəmiçilik xəritəsi ilə bağlı razılığa gəliblər

Britaniyada Reform partiyası sosial təminat xərclərini 50 milyard funt sterlinq azaltmağı planlaşdırır

Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır - Faktiki hava

“Qafqazinfo”nun 16 yaşı tamam olur

Cənubi Koreya Prezidenti Şimali Koreyaya danışıqlara başlamağı təklif edib

Böyük Britaniyada son 48 saatda 11 böyük yanğın baş verib

ABŞ-də parkda kütləvi atışma baş verib

Milli ruhun alovlu səsi: Bəxtiyar Vahabzadə

İslam Mahaçev UFC tarixinin ən uzun qələbə seriyasını rəsmiləşdirib

Rumıniya hava məkanını pozan pilotsuz uçuş aparatını vurub

İndoneziyada 7,7 maqnitudalı zəlzələ 51 nəfərin həyatına son qoyub

İran XİN: Neft çirklənməsi regiona trilyonlarla dollar zərər vurub

Berlində “Rave The Planet” texnoparadında on minlərlə insan iştirak edib

“Lala” qasırğası Havay adalarının Böyük adasına yaxınlaşır

Tovuzda 25 yaşlı gəncin ölümü ilə nəticələnən qəza VİDEO

Tovuzda 25 yaşlı gəncin ölümü ilə nəticələnən qəza VİDEO

Serbiyada Dunay çayında son 100-150 ilin ən aşağı su səviyyəsi qeydə alınıb

Kiyev ballistik raketlərlə vurulub, dağıntılar var – YENİLƏNİB

Səudiyyə Ərəbistanında Kanada mənşəli şahin 346 min dollara satılıb

Moskva-Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

Zimbabvedə bərənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 72-yə çatıb

Almaniyada meşə yanğınlarına qarşı mübarizə tədbirləri davam etdirilir

Fransada meşə yanğınları fonunda Makron məzuniyyətə çıxdığı üçün müxalifətin tənqidinə məruz qalıb

Mərakeşdə İspaniyanın Seuta anklavına keçməyə çalışan 111 miqrant saxlanılıb

Dövlət Departamenti 907-ci düzəlişin ləğvinin uzadılması barədə Konqresə bildiriş göndərib

Qətər XİN İrana məxsus hərbi pilotların əsir götürülməsi barədə iddiaları təkzib edib

Səfər çərçivəsində verilən tapşırıqlar Naxçıvanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir ŞƏRH

Premyer Liqa: Son çempion “Sabah” mövsümə qələbə ilə başlayıb

Beyləqanda bir nəfər suvarma kanalında batıb

Bakı metrosunda xətlərin ayrılması sərnişindaşıma imkanlarını genişləndirəcək - REPORTAJ

Ucarda yol qəzası baş verib, iki nəfər ölüb VİDEO

Ucarda yol qəzası baş verib, iki nəfər ölüb VİDEO

Şəki-Zaqatala bölgəsinin 144 məzunu 600 baldan yuxarı nəticə göstərib

Rəcəb Tayyib Ərdoğan: Avropa İttifaqına üzvlük Ankara üçün prioritet məsələ deyil

Fransada prezident seçkiləri ərəfəsində xarici müdaxilə: partiyalar hansı tədbirləri təklif edir?

Moskvada Azərbaycanın turizm potensialı təqdim edilib

Bakı metrosunda xətlər ayrılır: İnterval azalacaq VİDEO

Bakı metrosunda xətlər ayrılır: İnterval azalacaq VİDEO

Bu saata olan əsas xəbərlər

Fransanın 2027-ci il büdcəsi: hökumət pensiyaların dondurulmasını yenidən gündəmə gətirir

ABŞ-də dövlət universitetinin kampusunda atışmada 5 nəfər yaralanıb

Ucarda baş verən yol qəzasında 6 nəfər xəsarət alıb VİDEO

Ucarda baş verən yol qəzasında 6 nəfər xəsarət alıb VİDEO

Astarada ağacdan yıxılan 60 yaşlı kişi ölüb

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub

İlkin Mehrabov: Hesablama sosial elmləri Azərbaycan ilə İsveç arasında elmi körpü ola bilər – MÜSAHİBƏ

Postmüharibə dövründə “gizli” silah: Azərbaycanın haqlı mövqeyi və qlobal təşəbbüsləri - ŞƏRH

"Yeni nəsil energetiklər: Şəbəkənin memarları" yarışının növbəti regional turunun qalibi məlum olub

BŞİH: Bu gün Bakının 556 küçəsi yuyulub

Azərbaycan müəllimlərinin I Qurultayından 120 il ötür

Fransada “Save Europe Act” aksiyasına qarşı əks-nümayiş də qadağan edilib

Ünal Üstel: Təxribat və düşmənçilik xarakteri daşıyan bəyanatlar Kiprdə ziddiyyətlərin həllinə xidmət etmir

Bakıda narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Zəngəzur dəhlizi Naxçıvanın geoiqtisadi əhəmiyyətini artırır - ŞƏRH

Xankəndi və Baia Mare qardaşlaşır - FOTO

Tədqiqat:Günəş fırtınaları aviasiyaya təhlükə yaradır

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

İsveç Avropada “Team Racing” üzrə ilk dünya çempionatına ev sahibliyi edir

Qazaxıstanda Molla Nəsrəddin haqqında filmin çəkilişlərinin yekun mərhələsi başlayıb

“Yay Fest 2026” çərçivəsində gənclər “Elm, etika və gələcək” düşərgəsində bir araya gəliblər

Fransada irqçilik və ayrı-seçkilik: Tolerantlıq yüksək olaraq qalır, irqçi əməllər isə artır

İmişlidə yol qəzası olub, ölən və xəsarət alan var – YENİLƏNİB

Türkiyənin türk dövlətləri ilə ticarət dövriyyəsi bu ilin 6 ayında 9,4 milyard dollara çatıb

Türkiyədə 800-dən çox şəxsi aldadaraq 116 milyon lirə mənimsəyən qruplaşma ifşa edilib

Bakıda növbəti iməcilik olub, axşam isə paytaxtda açıq hava konsertləri təşkil ediləcək VİDEO

Bakıda növbəti iməcilik olub, axşam isə paytaxtda açıq hava konsertləri təşkil ediləcək VİDEO