İQTİSADİYYAT
Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 7 mart, AZƏRTAC
Martın 7-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0101030036 ISIN-li, 70 milyon manat həcmində, 364 gün tədavül müddətli diskontlu, dövlət qısamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 27 investor tərəfindən qiymət intervalı 89.3644 (12 faiz) manat və 93.9613 (6.48 faiz) manat olan 64 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 93.8930 (6.5581 faiz) manat, orta ölçülmüş qiyməti isə 93.9302 (6.5155 faiz) manat olaraq müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 273 milyon 953 min 300 manat, yerləşdirilmiş həcmi isə 70 milyon manat təşkil edib. İstiqrazlar gələn il martın 5-də ödəniləcək. Hərrac iştirakçıları martın 9-dək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]