“Maliyyə Proqramlaşdırılması” mövzusunda təlimlər başa çatıb
Bakı, 5 iyul, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) eksperti Benedikt Braumann tərəfindən “Maliyyə Proqramlaşdırılması” (FP) mövzusunda keçirilən təlimlər başa çatıb.
İİTKM-dən AZƏRTAC-a bildirilib ki, həftəboyu davam edən təlimdə ümumi daxili məhsulun (ÜDM) gələcək artım tempi, fiskal vəziyyətə təsir edən əsas amillər, monetar sektor və xarici sektorların VAR modelləri (Vector-Auto-Regression) və digər modellər əsasında təhlili və proqnozlaşdırılması aparılıb. Təlimdə qeyri-neft sektoru artımının təhlili, ÜDM artımının qısamüddətli dövr üzrə proqnozlaşdırılması və artıma dair ortamüddətli perspektivler tədqiq olunub.
Təlimdə, həmçinin monetar və xarici sektorların təhlili vasitəsilə Mərkəzdəki FP-modelinin xarici və monetar sektor elementləri işlənməklə strukturu tamamlanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:43]
Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb
- 15.10.2026 [18:28]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 15.10.2026 [18:00]