“Mançester Yunayted” böyük məbləğə transfer etdiyi futbolçunu icarəyə verəcək
Bakı, 24 oktyabr, AZƏRTAC
İngiltərənin “Mançester Yunayted” komandası gələn ilin yanvarında futbolçusu Antonini icarəyə verəcək.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, bu mövsüm “qırmızı-şeytanlar”da əsas heyətə düşməkdə çətinlik çəkən 24 yaşlı hücumçunu müxtəlif klublar transfer etmək istəyir. Təklif göndərən komandalar arasında braziliyalı oyunçunun daha əvvəl çıxış etdiyi Niderland “Ayaks”ı da var.
Gənc futbolçu 2022-ci ilin yayında məhz Amsterdam təmsilçisindən 99 milyon avroya transfer edilib.
Qeyd edək ki, Antoni bu mövsüm “Mançester Yunayted”in forması ilə bütün turnirlər daxil olmaqla cəmi 4 matça çıxıb və 1 qolla yadda qalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]