MANÇESTRDƏ BAŞ VERMİŞ İĞTİŞAŞLARA GÖRƏ 42 NƏFƏR SAXLANILMIŞDIR
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Mançestr polisi UEFA Kuboku yarışlarının “Zenit” və “Reyncers” arasında keçirilmiş final görüşü zamanı və görüşdən sonra baş vermiş iğtişaşlarla əlaqədar istintaqa başlamışdır. Zorakılıq hallarına əsasən böyük videoekranların qoyulduğu Mançestrin mərkəzində yol verilmişdir. İngiltərəyə gəlib, stadiona bilet ala bilməyən Qlazqo klubunun 100 min azarkeşi oyunu məhz burada izləmək niyyətində idi.
Bir neçə saat ərzində durmadan spirtli işkilər qəbul etmiş “Reyncers” azarkeşlərinin əksəriyyəti müəyyən müddət özlərini sakit aparmış, bayram ab-havasından zövq almışlar. Lakin oyun başlamazdan 15 dəqiqə əvvəl ekranlardan birində nasazlıq yaranmışdır. Onu tələsik təmir etməyə çalışsalar da, bu mümkün olmamışdır. Belə vəziyyət azarkeşlərin narazılığının artmasına gətirib çıxartmış və onlar pivə butulkalarını ekrana doğru atmağa başlamışlar. Futbol azarkeşlərini başqa ekranların qoyulduğu yerə aparmaq üçün avtobuslar hadisə yerinə gətirilsə də, bir çoxları futbolu unudub yerli polislə münaqişəyə girmişlər. Nəticədə azı 15 asayiş keşikçisi xəsarət almışdır. Bundan əlavə, şəhərin başqa yerlərində də polislərə və təcili yardım briqadalarına hücum halları qeydə alınmışdır.
Fakt üzrə 42 nəfər saxlanılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:55]
Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]
Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb
- 09.10.2026 [16:31]
Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq
- 09.10.2026 [16:28]