MARİUS VİZER: AZƏRBAYCANDA CÜDO İNKİŞAF YOLUNDADIR
AZƏRTAC xəbər verir ki, noyabrın 22-də Azərbaycan Cüdo Federasiyasının prezidenti Füzuli Ələkbərov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerlə görüşmüşdür.
Görüşdə Azərbaycanda cüdo idman növünün inkişafı, gələcəkdə ölkəmizdə beynəlxalq yarışların keçirilməsi perspektivi ətrafında fikir mübadiləsi aparılmışdır.
F.Ələkbərov demişdir ki, Pekində keçiriləcək 2008-ci il Yay Olimpiya Oyunlarından sonra biz Azərbaycanda cüdo üzrə dünya və ya Avropa çempionatlarından birinin keçirilməsini nəzərdə tutmuşuq. Marius Vizerin bu səfəri Azərbaycan cüdosunun dünyada təbliğinə yeni təkan verəcəkdir. Azərbaycan cüdoçuları il ərzində 116 medal qazanmışlar. Əminəm ki, cüdoçularımız Olimpiya hərəkatında da öz sözlərini deyəcəklər.
Bakıda cüdo mərkəzinin inşası istiqamətində işlərin getdiyini söyləyən F.Ələkbərov bu obyektin ən müasir standartlara cavab verəcəyini söyləmişdir.
M.Vizer isə rəhbərlik etdiyi qurumun Azərbaycan Cüdo Federasiyası ilə əlaqələrinin sıx əməkdaşlıq çərçivəsində qurulduğunu söyləmişdir. Qonaq demişdir ki, bu gün Azərbaycanda cüdo inkişaf yolundadır. Əminəm ki, Azərbaycan idmançıları Pekin Olimpiadasında öz sözlərini deyəcəklər. Azərbaycanda cüdonun inkişafına verdiyi töhfələrə görə mən ölkəmizin Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevə minnətdarlığımı bildirirəm.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]