Mariya Zaxarova: Rusiya-Türkiyə münasibətləri indiyədək görünməmiş səviyyəyə yüksəlib
Moskva, 12 oktyabr, AZƏRTAC
Rusiya-Türkiyə münasibətləri indiyədək heç vaxt görünməmiş səviyyəyə yüksəlib.
AZƏRTAC xəbər verir ki, bu fikri Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova TASS agentliyində keçirilən “Rusiya-Türkiyə: əməkdaşlığın möhkəmlənməsində medianın rolu” mövzusunda dəyirmi masada söyləyib.
Onun sözlərinə görə, dinamik inkişaf edən ikitərəfli münasibətlər ölkə rəhbərləri arasında səmimi və səmərəli siyasi dialoqa əsaslanır. Bundan əlavə, M.Zaxarova qarşılıqlı surətdə faydalı iqtisadi kooperasiya və mədəni-humanitar əlaqələrin də əhəmiyyətini vurğulayıb.
Tədbirdə Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasin iştirak edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]
Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb
- 11.06.2026 [15:52]
İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib
- 11.06.2026 [15:40]
Böyük Britaniyanın müdafiə naziri istefa verib
- 11.06.2026 [15:33]