Martın 1-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
buludlu hava şəraiti üstünlük təşkil edəcəkdir. Əsasən səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaqdır.
Temperaturun gecə 3-5° isti, gündüz 5-9° isti, Bakıda gecə 3-5° isti, gündüz 7-9° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə və gündüz 85-95 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
arabir yağıntı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Temperaturun gecə 0-5° isti, gündüz 10-15° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
bəzi yerlərdə yağıntı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperaturun gecə 0-5° şaxta, gündüz 4-9° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli
və Cəbrayıl rayonlarında
bəzi yerlərdə arabir yağıntı olacağı, dağlıq ərazilərdə sulu qar yağacağı gözlənilir.
Temperaturun gecə 0-5° isti, gündüz 7-12° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
arabir yağıntı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 2-7° şaxta, yüksək dağlıq ərazilərdə 7-10° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay,Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperaturun gecə 1-6° isti, gündüz 8-13° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
arabir yağış, dağlıq ərazilərdə sulu qar yağacağı gözlənilir. Səhər dağlarda duman olacaqdır.
Temperaturun gecə 4-7° isti, gündüz 9-13° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-9° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Martın 1-i və 2-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü müsbət amil olsa da, 3-də arabir güclənən gilavar küləyinin üstünlüyü meteohəssas insanlarda diskomfort hissi yarada bilər.