Martın 23-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava dəyişkən buludlu, Arabir yağış yağacaq.
Temperaturun gecə 2-5° isti, gündüz 8-13° isti, Bakıda gecə 3-5° isti, gündüz 11-13° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 765 millimetr civə sütunundan 769 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz olacaqdır. Martın 23-25-i təzadlı hava şəraiti meteohəssas insanlar üçün əlverişsiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
arabir yağış, dağlıq ərazilərdə sulu qar yağacağı gözlənilir.
Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və
Daşkəsən, Gədəbəy rayonlarında
arabir sulu qar, qar yağacağı gözlənilir.
Temperaturun gecə 3° şaxtadan 2° -dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl rayonlarında
arabir yağış, dağlıq ərazilərdə sulu qar yağacağı gözlənilir.
Temperaturun gecə 2-6° isti, gündüz 9-14° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
arabir yağıntılı olacaq, sulu qar, qar yağacağı gözlənilir.
Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 4° şaxtadan 1°-dək isti, gündüz 4-9° isti olacaqdır.
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 8-13° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Ağdaş,
Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan, Neftçala rayonlarında
arabir yağış yağacağı ehtimalı vardır.
Temperaturun gecə 3-7° isti, gündüz 10-15° isti olacağı gözlənilir.
Masallı, Yardımlı,
Lerik, Lənkəran, Astara rayonlarında
arabir yağış, dağlıq ərazilərdə sulu qar yağacağı gözlənilir.
Temperaturun gecə 3-5° isti, gündüz 10-15° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.